Bu dünyadan bayram yeli kimi əsib keçənlər, ruhumuzda əbədi yara buraxanlar oldu. Ömrünü qara günlərlə keçirib, ax-vay edən, sonsuz arzularını, saysız diləklərini baxışlarında söndürüb, kiçik tabutuna sığdıran Şəhrinin -Yarı Şəhriyar arxasında, onu sevən, onu hiss edən, çiyinlərdə Şəhriyar yükünü daşıyan bir cahan qoyub getdi. O cahan ki, gündüzün yadigarını gecəyə qataraq, hər gecə ulduz sayıb ayı gözləyir, fəqət sinəsindən son nəfəsini çıxarıb atan ay, məzarını şeirləri ilə ömürlük ürəyimizdə qazıbmış. O, artıq bu dünyaya işıq sala bilməz. Onun keçdiyi karvan, ayrılığın acı şərbətini içib, bu dünyadan gedər gəlməz yollarla, zülmət qaranlığa gedib. O, gedəndən ürəklərimizdə dayanan zaman çoxdan keçib, keçənlərimizdə Şəhriyarımız-xəyal meydanımız qalıb. Lakin, cismi bu dünyadan köç etsə də, Şəhriyarın eşqi ruhumuzda hələ də yaşayır, heç qocalmır, günü-gündən dərinləşir kök salır, damarlarımızda qan olub, axır… Şəhriyar yanan ürəklərə ‘’Araz olub’’hey axır, axır!!!
Susaraq gələnlərə, heç kim eşitməsin deyə, sənə özlərini pıçıldayanlara, cavab verirsən, bəlkə də, susaraq !!!
Səssizliyində dincələnlər…Sakinliyindən ödünc alıb qayıdır geri, yenidən və yenidən sənə gəlib susub danışmaq üçün!!! İndi evini ümidsizcə isladan göz yaşları; Yanar dağa dönən, ağrılar; ürək aynasında çata dönənlər yad edir, hər divardan asılmış şəklinə soraqlaşır səni….
‘’Neçə siqaret yandırıb, kül etmişdin Sürəyyanın odunda?!
Nə qədər göz yaşlarıyla saymışdın?! Sürəyyanın getdiyi günü…göz yaşların bitmədiyi kimi günlər də bitməyəcəkdi..
Fəryadında çarəsliyin lallaşərkən, sevgin saçlarının bəyazından asılmışdı, əllərin qırışarkən nə qədər cığır açmışdı sevgin, ömür yoluna?! Son dəfə görmək ümidi ilə gecə boyu gözləyərkən, gözlərin alışdı sevginin yuxusuzluğuna, O zamandan bəri mi masmavi gözlərin bitməyən gecənin qaranlığında saralıb soldu?! axı sən oyaq idin? Şəhriyarım?! axı sən yuxusuz idin?! gözlərinə niyə dolmadı o sevgi yuxun?! hər gecə laylay deyib, yuxunu oğurlayan Pərin üçün göz qırpsanmı mı ölürdün?! Göz yumaraq mı ölürdün, günbəgün?! Yoxsa uyusan o oyanardı mı? Yatmadığın hər gecənin ən qorxunc gizlənqaç oyunundan, dolanbac küçələrində itərkən, Sən ən gözəl onun qəlbində gizləndin, illər boyu..Zaman keçdikcə məskən saldın ora…axtarıldın, arandın Məhəmməd Hüseyn olaraq, bir gün uduzub Şəhriyar olaraq, çıxdın meydana…Gecədən zülmət səhərə oyananda oyun bitmişdi, danışdığın hekayənin yolu bitmədiyi üçünmü, Səbanın setarında simə dönüb, yalnızlığında rəqs etmiş?! Nimanın şeirlərində sirrləşib, Sadıq Hidayətin ‘’Pəs Qole’’şəlaləsindən su olub axaraq, inthar edib dəfələrlə ölmüşdün?! İndi necə də sükuta qərq olub,…qaranlığında kor…səssizliyində lal olubsan, ömürlük yarım qalıb, sərhədləri göz yaşı ilə, nisgili ilə qıra bilməyən, çiyinlərdə vətən həsrəti ilə, nakam sevgisi ilə məzara daşınan, vətəndən aralı darda qalıb, şeirlərindən azadlıq tapıb səadətə addımlayan, Azərbaycansız heç olub, vətənin eşq məktəbində can vermiş şairsən artıq. Ruhdaşları ilə, şeirlərdə,kitablarda görüşən, yazdığı hər misra ilə vətənə qucaq dolusu sevgi, həsrət yağdıran, nəğməkar bülbülü bağından, güllərindən aralı salıb qəlbinə tikan oxu vuran elə həmin ayrılıqsan ki ayrılıqsan! geriyə buraxdığı hər şeiri, hər gün Şəhriyar olan, Heydərbaba kimi daşlaşıb, dillərdə gəzən elə həmin
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının Direktoru: Fariz Əhmədov
NDU-nun Azərbaycan dili və ədəbiyyat ixtisasının tələbəsi: Könül Seyidova